Son günlər Naxçıvan təhsili ilə bağlı açıqladığımız faktlar Muxtar Respublikada ciddi rezonansa nədən olub. Bununla bağlı DİA.AZ-a MR-dən verilən informasiyada deyilir. Mötəbərliliyinə şübhə etmədiyimiz mənbənin dia.az-a açıqladığına görə, vəziyyət o həddədir ki, hətta MR Təhsil Nazirliyi müəllim və TN çalışanları arasında "KÖSTƏBƏK" axtarışına çıxaraq ötürülən faktların mənbəyini müəyyən etməyə çalışır.
Bununla bağlı redaksiyamızın əldə etdiyi bilgilərdə deyilir: "28.04.2023 cü il tarixində Naxçıvan Muxtar respublikası Təhsil Nazirliyində növbədənkənar gizli iclas keçirilib.
İclasın əsas məqsədi Nazirliyin qanunsuz məlumatların mediyaya sızmasının qarşısını almaq olub.
Lakin gergin keçirilən iclasda Nazir Rəhman Məmmədov məlumatların sızmasında şöbə müdiri Abdulla Əsgərovu günahlandırıb.
Təhsil nazirliyinin "qara qutusu" Nazirin kassiri Rəşad Əlizadə iclasda sakit dayansa da əvvəlcədən Nazirlə Abdulla Əsgərovu casus olması barəsində fikirlərini bölüşüblər.
Gərgin keçən iclasda Nazir Abdulla müəllimə qarşı təhsil işçisinə layiq olmayan ifadələr işlədib.
Abdulla müəllimin haqsız yerə ittiham olunmasına ürəyi dözməyib yüngül formada infarkt keçirib.
Hətta bəzi mənbələrə görə Nazirin qolbəyiləri Abdulla Əsgərova xəsarət də yetiriblər.
Abdulla müəllim dərhal Kardioloji xəstəxanaya yerləşdirilib.
Hal hazırda vəziyyəti orta ağırdır.
Xəstəxanadan verilən məlumata görə yaxın günlərdə Abdulla Əsgərovun müalicəsi Bakı şəhərində davam etdiriləcək.
Nazirin qolbəyiləri düşüblər Abdulla Əsgərovun üstunə yalvarırlar ki,sən Allah xəstəxanadan xəsarət raporu alma.
Təhsil Nazirinin müavinləri də Abdulla Əsgərovun ittiham olunmasına görə Nazirə iradlarını bildiriblər.
Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə vəziyyətdən çıxış yolunu təcili olaraq, Naxçıvanda " Məhşərin üç atlısı " ləqəbi ilə tanınan, dövlət bücəsinə vurulan ziyanla ittiham olunan üç qalıntını sabiq Nazir Məmməd Qəribovun texniki peşə məktəbinə müavin, keçmiş təhsil nazirinin müavini Əli Vəliyevin kimya biologiya təmayüllü liseyə müavin və Keçmiş təhsil nazirliyinin şöbə müdiri Rüstəm Həsənovun Şərur rayonunda direktor vəzifəsinə
təyin edilməsində görüb..
Qeyd: Hər üç şəxsin Naxçıvan təhsilinə vurduğu zərbələr hələ bu gündə hiss olunur..
Lakin bilmirlər ki bu keçmiş qalıtıların geri dönməsinin onlara heç bir köməkliyi olmayacaqdır!
Həmçinin Nazirin öz adamı Sahil Əlizadə də şübhəli şəxs kimi Elmin Əsgərovla əlaqə saxlayaraq
köstəbəyin aşkara çıxarılması üçün ona bir çox vədələr, vəzifə və pul mükafatı təklif edib.
Elmin Əsgərov Sahil Əlizadəyə bildirib ki 10 aydır işləmirəm, hər ay 600 manat maaş alırdım ki, 10 aylıq maaşim 6000 AZN təşkil edir həmin pul ödənilərsə və işlə təmin olunaramsa Nazirlikdəki köstəbəyi sizə verə bilərəm.
Sahil Əlizadə də məsələhətləşmələr üçün Elmin müəllimdən vaxt istəyib.
Eyni zamanda Şərur rayonunda yayılan məlumatlara görə bütün bu proseslərin başlamasını tətikləyən, Abdulla Əsgərovun
ölum yatağında olmasının səbəbkarı Malik İsmayılovun ( kadr ovçusu ) ərizəsi Nazir tərəfindən alınıb..
Söz söhbətə görə Şərur rayon Təhsil şöbəsinə mühasib təyinatı almış ( son təyinat ) falnkəsin mühasib təyinatı almasının arxasındakı reallıqları Rəhman Məmmədov öyrənib".
İddia olunanlarla bağlı dia.az olaraq yenə də qarşı tərəf olaraq MN təhsil sisteminə aidiyyatı olan bütün maraqlı tərəfləri dinləməyə hazırıq...